Kayıtlar

Resim
                                                 Ramana Qalası  Ramanaya təzəcə daxil olmuşduq ki, möhtəşəm abidə əzəməti ilə bizi heyran qoydu. Qalaya yaxınlaşdıqca həyəcanımız bir az artırdı. Hər daşında Azərbaycan tarixinin ətri duyulan abidə, sanki, bu yerlərə nəzarət etdiyini söyləyirdi... “Ramana qalası” ilə görüşümüzdən xatirələrimizi bölüşürük... Ramana qalasının XIII-XIV əsrlərə aid olduğu qeyd edilsə də, abidənin dəqiq tarixi məlum deyil. Həmçinin, qalanın kim tərəfindən, nə üçün inşa edildiyi də bilinmir. Qalanın daş kitabəsinin itməsi onun haqqında məlumatlar əldə etməyi çətinləşdirib. Tikilinin XIII-XIV əsrlərə aid edilməsi təsadüfi deyil. Belə ki, həmin dövrdə Abşeronda silsilə qalalar ucaldılırdı. Buna Mərdəkan və Nardarandakı qalaları, eləcə də, Qız qalasını misal göstərmək olar. Abidə haqqında bizə məlumat ver...
Resim
Ramana qəsəbəsinin  ərazisi 28 kv.km-dir. Ramana sözünün mənası “ram-ram” etmək, uzaqdan görünən “cəlb edən” mənasında işlənilir. Belə ki, Ramana kəndinin yerləşdiyi ərazi şərqdən, qərbdən və şimaldan qalxan Xəzər terrasını əmələgətirən təpəli yaylada yerləşir.                                                       Ramana kəndi Qədim qala, neftlə zəngin torpaq və Koroğlunun ariyası... Bakı kəndləri tarixən Bakının özəyini təşkil edib.  Onlar tarixi yerlər, tarixi abidələr və ən nəhayət, mühüm tarixi hadisələrlə zəngindir. Əmircan, Mərdəkan, Fatmayı, Hökməli kimi kəndlər qədim dövrdən bu günə qədər tariximizi zənginləşdirir. Bakının Abşeron yarımadasındakı qədim kəndlərindən biri də Ramanadır. Bu kənd tarixi ədəbiyyatda məşhur Ramana qalası ilə tanınır. Lakin Ramanada tarixin bütün dövrlərini özündə əks etdirən bir çox tarixi...
Resim
Qədimliyi, tarixi-mədəni zənginliyi ilə seçilən Bakı kəndlərindən biri də Ramanadır. Tarixçilərdən S. Aşurbəyli və S. Vəliyevin fərziyyələrinə görə, Ramana kəndinin adı romalılarla, roman tayfaları ilə (Roma imperiyasının legionları eramızın birinci əsrində Abşeronda olmuşlar) əlaqədardır. Digər fərziyyəyə görə, Ramana sözü iki fars sözünün birləşməsindən əmələ gəlmişdir: rahi - yol, mani - kəsən, kəsişən. Əvvəllər Abşeron kəndlərinin yolları Ramanada kəsişərmiş. Hazırda Ramana kəndini ətrafla əsasən iki yol birləşdirir: Şəhər şossesindən ayrılan yol Muxtarov sahəsindən keçib kəndə qədər uzanır. İkinci yol isə aeroporta gedən yolla birləşir.                  Sovet hakimiyyətinin ilk illərində Ramana kəndinin ərazisində neft quyuları qazılıb. Bununla əlaqədər kəndin cənub-qərbində (aeroport yolunun kənarında) Yeni Ramana qəsəbəsi inşa edilib, əhalinin bir hissəsi oraya köçürülüb. Kənddə orta məktəb, poçt, ATS və üç məscid fəaliyyət göst...